“Avropa İttifaqı Ukrayna və Avropadakı təhlükəsizliklə bağlı ABŞ və Rusiya ilə danışıqlarda iştirak etmək istəyir”.
Vətəninfo.az UNIAN-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrel “Die Welt” nəşrinə müsahibəsində deyib.
“Biz baş verənlərdən kənarda olmaq istəmirik. Buna imkan verə bilmərik”, – o bildirib.
Diplomat sözlərinə görə, 1975-ci ildə Helsinki Yekun Aktının qəbulundan sonra bütün pozuntular barədə danışıqlar aparılmalıdır: “Biz Rusiyanın daxili işləri kimi qiymətləndirdiyi bəzi məsələlərlə razılaşmırıq”.