image-40backend

Bu ildə Rusiya turistləri Türkiyəyə 4 milyondan çox səfər ediblər

image-reklam_sirab_01

2021-ci ilin yanvar-oktyabr aylarında rusiyalı turistlər Türkiyəyə təqribən 4,4 milyon səfər edib. Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze Türkiyənin rəsmi statistikasına istinadən TASS-a bildirib.

“Həmin müddət ərzində Rusiya vətəndaşları Türkiyəyə təxminən, 4,4 milyon səfər edib. Bu, 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 128,2 faiz çoxdur, lakin 2019-cu ilin eyni dövrü ilə müqayisədə yenə də 34,8 faiz azdır. Türkiyə kurortlarında rusların payı artıb: yanvar-oktyabr aylarında bu rəqəm, 20,72 faiz təşkil edib (2020-ci ildə eyni dövrdə – 17,06 faiz, 2019-cu ildə – 16,44 faiz) “, – Lomidze bildirib.

O qeyd edib ki, Türkiyəyə Rusiyadan gələn ümumi turist axınının 79 faizi Antalya, 14,4 faizi İstanbul, 6,6 faizi Ege kurortlarının payına düşür.

2021-ci ilin cəmi 10 ayında Türkiyəyə 21 milyondan çox turist gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki