image-368176_res_01backend

Bu ölkədə də açıq havada maskasız gəzəcəklər

image-reklam_sirab_01

Yunanıstanda açıq havada maska taxmaq məcburiyyəti sabahdan etibarən ləğv edilir. İyunun 28-dən etibarən isə gecə küçəyə çıxma yasağı aradan qaldırılacaq. Bildirilib ki, ayın 28-dən kafe, restoran və idman zalları kimi qapalı yerlərdə işləyən iki doz vaksin vurulmuş şəxslər üçün test məcburiyyəti olmayacaq.

Qeyd olunub ki, açıq havada təşkil olunan toylara 300 nəfərədək şəxs qatıla biləcək, çimərliklərdə 1000 kvadrat metr sahədə 120 nəfərin dincəlməsinə icazə veriləcək. Qapalı məkanlarda isə maskadan istifadə istisnasız olaraq məcburidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki