image-bassiz-pasik-veteninfobackend

Bu şəkil indiki vəziyyətimizdir, biz gələcəyə doğru irəliləyirik-Erməni jurnalist

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, erməni jurnalist Voskan Sarkisyan özünün facebook sosial şəbəkəsindəki hesabında baş nazir Nikol Paşinyanın başsız heykəlini paylaşaraq, onu tənqid edib.

“Bu şəkil indiki vəziyyətimizdir, biz gələcəyə doğru irəliləyirik. Əsl müharibədəyik, müharibə zamanı çoxlu hərbi texnika və sursat itirmiş ordu yenidən silahlanmır, itkilərin yeri doldurulmur, ordu başsızdır, yəni Baş Qərargahın bundan artıq rəis yoxdur. 3 aydan çox kəşfiyyat rəisi vəzifəsi boşdur. Nikol Paşinyan hökuməti öz hakimiyyətini qorumaq üçün məmurları təyin edir. Nikol Paşinyan özünəməxsus üslubda yarım mətbuat konfransı keçirdi, Berdzor (Laçın), Zabux və digər yaşayış məntəqələrinin təslim olduğunu, sülh gündəminin iflasa uğradığını, yeni müharibə təhlükəsini “anladı”. Xalq Vardavara qurban kəsilən quzunun itaəti ilə öz kədərli aqibətini gözləyir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki