image-b7aa9334-3f4b-3f5c-89d4-3a40bdb99a3c_850backend

Çavuşoğlu: “Hərbi təyyarələr üçün hava məkanımızı bağlamışıq”

image-reklam_sirab_01

“Türkiyə beynəlxalq hüquqa uyğun şəkildə hərəkət edir. Əvvəldən bəri Rusiyanın Ukraynaya qarşı təcavüzünü qəbul etmədiyimizi bildirmişik. Bunu beynəlxalq platformalarda da söyləmişik. Digər tərəfdən, heç kəs buna “müharibə” demədiyi halda biz bunun müharibə olduğunu söyləyərək Montrö razılaşmasını tam tətbiq etdik”.

Veteninfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində söyləyib.

“Lakin Montrö razılaşmasına görə, hava məkanını da bağlaya bilmirik. BMT sanksiyalarıdırsa, biz bunu tətbiq edərik. Ancaq digər tərəfdən, ölkələr sanksiya qərarı verib tətbiq edə bilərlər. Bununla belə, biz hər iki tərəf arasında vasitəçi rolunu oynayırıq. Bizim bu sanksiyalara qoşulmağımız düzgün olmaz. Hava məkanımızı hərbi təyyarələr üçün bağlamışıq, lakin mülki reyslər üçün bağlaya bilmərik”, – XİN başçısı vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image