image-973370backend

Çavuşoğlu: “Türkiyə “Taliban”la danışıqları davam etdirir”

image-reklam_sirab_01

Türkiyənin Əfqanıstan mövzusunda mövqeyi dünya ictimaiyyətinin mövqeyinə uyğun olacaq.

Veteninfo.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən “İDEF-2021” 15-ci beynəlxalq müdafiə sənayesi sərgisində jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, Türkiyə “Taliban”la müxtəlif kanallar vasitəsilə danışıqları davam etdirir.

M. Çavuşoğlu hazırda Kabil Beynəlxalq Hava Limanında 1500 Türkiyə vətəndaşının olduğunu qeyd edib. “Əfqanıstandakı bütün vətəndaşlarımızın heç də hamısının ölkəyə gəlmək niyyəti yoxdur. Telefon vasitəsilə vətəndaşlarımızla tək-tək əlaqə saxlanılır, onların gəlib-gəlməməklə bağlı fikirləri öyrənilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki