image-40backend

Çevriliş: Ordu Sudanın baş naziri və nazirlərini həbs etdi, paytaxt bağlandı

image-reklam_sirab_01
Sudanda nazirlər və yüksək rütbəli məmurlar paytaxtda həbs edilib. Onlar hələ də ev dustaqlığındadırlar. 
Veteninfo.az xəbər verir ki, bu barədə “Əl-Hadas” telekanalı məlumat yayıb.

 

Ordu paytaxt Xartuma girişləri və körpüləri bağlayıb.
Telekanalın məlumatına görə, rabitə, informasiya, maliyyə və sənaye nazirləri saxlanılıb. Xartum qubernatoru və ölkədə hakim Suveren Şuranın nümayəndələrindən biri də saxlanılıb.
Həbslər davam edir. Sudanın baş naziri Abdulla Hamduk ordu tərəfindən ev dustağı edilib. Yaxın vaxtlarda ölkənin Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burxan bəyanatla çıxış edəcək. O, artıq hökumət başçısı Abdulla Hamdukla görüşüb.
Bundan bir qədər əvvəl Xartumda kütləvi etirazlar başlayıb. Nümayişçilər hökumətin istefasını tələb edir və ordu nümayəndələrinə dəstək verirlər. Hökumət bəyan edib ki, iğtişaşlarda devrilmiş prezident Ömər əl-Bəşirin keçmiş hakim partiyasının tərəfdarları iştirak edir.
Sudanda hərbi hakimiyyətə müxalif olan Həmkarlar İttifaqları yerli sakinləri hakimiyyət çevrilişinə müqavimət göstərmək üçün küçələrə çıxmağa çağırıb.
“Biz insanları küçələrə çıxmağa və meydanları ələ keçirməyə çağırırıq. Hərbi çevrilişə qarşı müqavimət və vətəndaş itaətsizliyini bəyan edin”, – bəyanatda deyilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki