Suqovuşan rayonunda 44 günlük müharibə zamanı həlak olan daha bir erməni hərbçinin qalıqları tapılıb.
Veteninfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ölən əsgərin qalıqları Rusiya sülhməramlıları tərəfindən Ermənistan tərəfinə təhvil verilib.
Meyitin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.
Qeyd olunur ki, ümumiyyətlə axtarışlar zamanı 1705 həlak olmuş hərbçinin qalıqları tapılıb.