image-14backend

Ded Xasanın düşməni azadlığa buraxıldı – Kriminal dünyada yeni savaş başlaya bilər

image-reklam_sirab_01

image-14

 

Gürcü əsilli “qanuni oğru” Tariel Oniani (Taro) artıq azadlıqdadır.

Veteninfo.az xəbər verir ki, 63 yaşlı “qanuni oğru” oktyabrın 9-da İspaniyada cəza çəkdiyi həbsxanadan azadlığa buraxılıb. O, İspaniyada arzuolunmaz şəxs hesab edildiyi üçün bu ölkəni də tərk edib.

Tariel Oniani kutaisi klanının liderlərindən hesab olunur. O, kriminal dünyada baş verən böyük münaqişələrin əsas fiqurantı olub. Nümunə olaraq onun yezid əsilli “qanuni oğru” Aslan Usoyanla (Ded Xasan) qarşıdurmasını göstərmək olar. Məlumat üçün deyək ki, Ded Xasan 2013-cü ildə qətlə yetirilib.
Taro ilə Ded Xasanın arasındakı münaqişə kriminal dünyanın əfsanəsi hesab edilən “qanuni oğru” Vyaçeslav İvankovun (Yaponçik) qətlindən sonra daha da kəskinləşib. Ded Xasanın tərəfdarları bu qətldə Taronu ittiham edib. İndiyə qədər də Yaponçikin qətlini Onianinin sofariş etdiyi iddia olunur.

Yeri gəlmişkən, Yaponçikin Taro və Ded Xasan arasında konfliktin həllinə çalışdığı, qətlə yetirildiyi gün də bu məqsədlə “Tayskiy Slon” restoranına getdiyi bildirilir.

Tariel Oniani hazırda Ded Xasanla olan münaqişəni onun varisi hesab edilən Zaxari Kalaşovla (Şakro Molodoy) davam etdirir.

Taronun azadlığa buraxılması Şakro Molodoy üçün çətin sınaqlar dövrünün başlaması deməkdir. Onianı hələ həbsdə olarkən onun tərəfdarı nüfuzlu “qanuni oğru” Merab Canqveladze (Merab Suxumski) Şakro Molodoya əhəmiyyətlə zərbələr endirə bilmişdi. Canqveladzenin azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli) eyni mövqedən çıxış etməsi Şakro Molodoyun bir nömrəli kriminalitet statusunu kifayət qədər zədələmişdi. Nadir Səlifov 2020-ci ildə qətlə yetirildikdən qardaşı, “qanuni oğru” Namiq Səlifov (Namir Bakinskiy) onun yerini tutdu və “Oniani-Canqveladze” kalnı ilə sazişə sadiq qaldı.
Güman edilir ki, Tariel Oniani İspaniyadan Türkiyəyə gələcək. Çünki onun tərəfdarları əsasən bu ölkədə toplaşıblar. Böyük ehtimalla Taro ilk əvvəl onu Yaponçikin ölümündə ittiham edərək qətlinə fərman verən kriminal avtoritetlərlə haqq hesab çəkəcək.

Beləliklə, Onianinin azadlığa buraxılması kriminal dünya yeni bir savaşın əsasını qoyacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki