Vətəninfo.az xəbər verir ki, Argentinalı futbolçu Dieqo Maradona nəhayət ki, vergidən yayınmaqda ittiham olunduğu İtaliyada bəraət qazanıb, futbolçunun vəkili Angelo Pisani Reuters agentliyinə bildirib.
Onun sözlərinə görə, Kassasiya Məhkəməsi (Ali Məhkəmə) “vergidən yayınma faktının olmadığını” etiraf edib.
Vəkil xatırladıb ki, İtaliyada 1980-ci illərin sonunda “Napoli”də çıxış etmiş Maradonanın 40 milyon avro pulunu müsadirə etməyə çalışıblar. “Bu hekayəni bitmiş elan etmək olar. Maradonanın İtaliya vergi orqanlarına heç bir borcu yoxdur. Həm riyazi, həm hüquqi, həm də məntiqi hesablamalar sıfıra gətirib çıxarır”, – deyə hüquqşünas bildirib.
Maradonanın İtaliyada 37 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunduğu məhkəmə prosesi 1990-cı illərin əvvəllərində başlayıb; əmlakının müsadirə olunacağı və həbs olunacağı ilə hədələndiyi üçün ölkəyə qayıda bilməyib. Futbolçuya qarşı vergidən yayınma faktına görə cinayət təqibinin dayandırılması barədə qərar 2013-cü ildə verilib, lakin vergi işçisi borcunu qaytarmayıb. 2021-ci ildə məhkəmə ödənişlərə dair heç bir sübut olmadığına qərar verdi. İndi Kassasiya Məhkəməsi futbolçunun vərəsələri adından verilən son vəsatəti təmin edib.
Xatırladaq ki, 2020-ci il noyabrın 25-də 20-ci əsrin ən yaxşı futbolçularından biri Dieqo Maradona 60 yaşında vəfat edib. Ölüm səbəbi ağciyər ödeminə səbəb olan kəskin ürək çatışmazlığı olub.