“ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putinin dekabrın 7-də telekörpü formatında keçiriləcək görüşündən dönüş gözləmək lazım deyil”.
Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov dekabrln 7-də jurnalistlərə açıqlamasında bildirib.
“Dönüş gözləmək lazım deyil. Bu, indiki mürəkkəb mərhələdə keçiriləcək işgüzar dialoq olacaq”, – o vurğulayıb.