“Rusiya ilə NATO arasında təhlükəsizlik məsələləri üzrə görüşün dəqiq tarixi hələ ki məlum deyil”.
Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, NATO-dan təhlükəsizliyin təminatı haqqında cavab reaksiyası hələ ki yoxdur.
D.Peskov 2022-ci ilin yanvarında məsələyə dair ABŞ-dan konkret cavab alacaqlarını gözlədiklərini qeyd edib: “ABŞ və müttəfiqlərinin Rusiyaya münasibətdə özlərini dost olaraq aparmırlar. Onlar Rusiya sərhədləri yaxınlığında ikili manevrlər edir, kəşfiyyat uçuşu aparırlar. Bu bizi narahat və təhlükəsizliyimizi təmin etmək üçün tədbirlər görməyə məcbur edir”.