image-peskovbackend

Dmitri Peskov-Türkiyənin Krımda Dövlət Duması seçkilərinin nəticələrini tanımamasından təəssüflənirik

image-reklam_sirab_01

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Krımda keçirilən Dövlət Dumasına seçkilərin nəticələrini tanımamasına toxunub.

 

Veteninfo.az xəbər verir ki.bu haqda Rusiya mediası məlumat yayıb.

Jurnalistlərə danışan Peskov, Kremlin Türkiyənin Krımda Dövlət Duması seçkilərinin nəticələrini tanımamasından təəssüfləndiyini və Türkiyə Respublikasının yarımadadakı mövqeyinin dəyişəcəyinə ümid etdiyini vurğulayıb: “Biz bu cür bəyanatları qəbul etmirik, bu barədə türk tərəfdaşlarımızla açıq danışırıq. Krım mövzusu, mövqelərimizin köklü şəkildə fərqləndiyi mövzudur.Türkiyənin bu cür mövqeyindən təəssüflənirik, amma ümid edirik ki, zamanla Türkiyənin siyasi iradə nümayiş etdirəcək, həqiqətə hörmət göstərəcək və real vəziyyətə uyğun mövqe sərgiləyəcək”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki