image-19backend

Dünya ölkələrində ərzaq malları sürətlə bahalaşır

image-reklam_sirab_01

Dünyanın bir çox ölklərində ərzaq malları, xüsusilə də un məmulatlarının qiyməti artmağa başlayıb.

Vətəninfo.az xəbər verir ki, mütəxəssislər bunu pandemiya dövrü və məhsul idxalı ilə əlaqələndirirlər.

Şimali Amerikadakı əlverişsiz hava şəraitinə, Asiyada isə tələbatın çox olması səbəbi ilə bazarlar ciddi çətinliklə üzləşib. Burada qiymətlər son 10-15 ilin ən yüksək səviyyəsinə çatıb.

Eyni zamanda Avropada da vəziyyət ürəkaçan deyil. İtaliya bazarında qiymətlər demək olar ki, 90% artımla nəticələnib. Bu, 2008-ci ildən bəri ən yüksək göstəricidir.

Braziliyada təsərrüfata ziyan vuran şiddətli quraqlıq səbəbindən ehtiyatların kəskin azalmasına görə qiymət artımı 80% təşkil edir.

Ümumiyyətlə, dünyanın bir çox ölkəsində bu ildən qiymət artımı müşahidə olunur. Əsas qiymət artımının hiss olunduğu ölkələr- Brazilya, Vyetnam, Kanada və Avropa ölkələridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki