image-376239_res_01backend

Əfqanıstanda qadın hüquqları ilə bağlı aksiya keçirildi

image-reklam_sirab_01

Əfqanıstanda qadın hüquqları ilə bağlı aksiya keçirilib. “RİA Novosti” agentliyinin yaydığı məlumata görə, ölkənin qərbindəki ən böyük şəhər olan Heratda etiraz aksiyası olub.

Aksiyada əsas tələb qadın haqlarının təmin olunması və qadınların hökumətdə təmsilçiliyinə imkan yaradılmasından ibarətdir.

Etirazçılar dünya ictimaiyyətini Əfqanıstan qadınlarının hüquqlarının müdafiəsinə çağırıblar.

Bildirilib ki, aksiya iştirakçıları yerli ictimai fəallar, tələbələr və dövlət idarələrində çalışmış qadınlardan ibarət olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki