image-376706_res_01backend

Əhməd Məsud Əfqanıstan xalqına müraciət edəcək

image-reklam_sirab_01

Əfqanıstan müqavimət ordusunun lideri Əhməd Məsud Əfqanıstan xalqına müraciət edəcək. Bu barədə müqavimət qüvvələrinin yeni sözçüsü Əli Nəzəri “Twitter”də yazıb.

“Liderim və qardaşım Əhməd Məsud sağ-salamatdır və tezliklə xalqımıza bir müraciət ünvanlayacaq”, – o qeyd edib.

Daha əvvəl “Taliban”ın sözçüsü Zabihullah Mücahid, Pəncşir əyalətinin hərəkatın nəzarətinə keçdiyini bəyan edib. Müqavimət qüvvələri bu məlumatı təkzib edir.

Pəncşir əyalətinə nəzarəti ələ keçirdiyini bildirəndən sonra “Taliban” Əfqanıstanda müharibənin başa çatdığını elan edib. TASS-a xəbər verir ki, bunu hərəkatın sözçüsü Zabiullah Mücahid bildirib.

Xatırladaq ki, “Taliban” Pəncşirə nəzarət etdiyini bildirsə də, yerli müqavimət qüvvələri bunu təkzib edib.

Qeyd edək ki, müqavimət ordusunu dəstəkləyən Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrullah Saleh, Tacikistana qaçıb. Bu barədə “Sputnik Tacikistan” yazır.

Pəncşir müqavimət hərəkatı qüvvələri Əfqanıstanın bu vilayətinin “Taliban” tərəfindən tam ələ keçirildiyinə dair bu gün səhər saatlarında yayılmış növbəti bəyanatı təsdiq etmir. Müqavimət hərəkatı bildirir ki, taliblərlə döyüşlər hələ davam edir və vadinin ələ keçirildiyi barədə deyilənlər doğru deyil. Müqavimət qüvvələrinin sözçüsü Əli Meysəm deyib: ““Taliban” Pəncşiri tutmayıb, “Taliban”ın iddialarını rədd edirəm”

Lakin sosial şəbəkələrdə taliblərin Pəncşir vilayətinin inzibati mərkəzi Bazarakdakı qubernatorluq binasının qarşısında dayandığını əks etdirən fotolar yayılıb. Binanın üstündə əfsanəvi səhra komandiri Əhməd şah Məsudun portreti asılıb. Onun vadidə taliblərə qarşı müqavimət hərəkatına başçılıq edən oğlu Əhməd Məsudun taleyi haqda hələlik məlumat yoxdur.

Bildirilir ki, Pəncşir uğrunda həlledici döyüşlər sentyabrın 5-dən 6-na keçən gecə baş verib. Döyüşlərdə “Taliban” bir sıra yüksək rütbəli komandirləri də daxil olmaqla çoxlu döyüşçü itirib, amma qüvvələr bərabər deyildi və müqavimət qüvvələri geri Bazarakdan geri çəkilməli olublar.

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətini bütünlüklə nəzarəti altında aldığını elan edib. “RİA Novosti” xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

“Əfqanıstanın Pəncşir vilayəti tamamilə tutulub və hərəkatın nəzarətinə keçib”, – o qeyd edib.

Qeyd edək ki, Pəncşir vilayətində Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin müqavimət qüvvələri toplanmışdı.

 

“Taliban”ın əsas komandirlərindən biri sayılan Mövləvi Fasihuddin bir neçə saat əvvəl Pəncşirdəki qanlı döyüşlər zamanı öldürülüb. Bu barədə müqavimət ordusunun lideri Əhməd Məsud “Twitter”-də yazıb.

Qeyd olunur ki, Fəsihuddin altı cangüdəni ilə birlikdə Pəncşir əyalətinin Pişgur rayonunda öldürülüb.

“Taliban” hələ ki bu məlumatı şərh etməyib.

***

22:38

Milli Müqavimət Cəbhəsinin sözçüsü Fahim Daşti Pəncşirdə öldürülüb. Bu barədə “The Khaama Press” xəbər verir. 

***

22:12

“Taliban” hərəkatı Əfqanıstanın Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhəri ətrafında müqavimət qüvvələrinə qarşı hücumu davam etdirir. Bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi “Twitter” səhifəsində məlumat yayıb.

Kəriminin sözlərinə görə, hazırda Pəncşir əyalətinin yalnız inzibati mərkəzi olan Bazarak şəhəri qalıb, ətraf bölgələr ələ keçirilib, son döyüşlər gedir.

“Müqavimət qüvvələri çoxsaylı itkilər verib, “Taliban” çoxlu sayda əsiri, texnikanı, silah və sursatı ələ keçirib”, deyə nümayəndə bildirib.

Qeyd edək ki, yerli telekanalın məlumatına görə, “Taliban” Pəncşir sakinlərinə onların bağışlanacağını vəd edib: “İnsanların təhlükəsizliyinə zəmanət veririk”.

***

20:45

Əfqanıstan müqavimətin lideri Əhməd Məsud, “Taliban” əyaləti tərk edərsə, silahı yerə qoyub danışıqlara başlamağa hazır olduğunu söyləyib. Bu barədə “Tolo News” məlumat yayıb.

***

12:47

Əfqan jurnalisti, müqavimət ordusunun sözçüsü Fahim Daşti sosial mediada bildirib ki, min nəfərlik “Taliban” hərbi qrupu dünən Pəncşir bölgəsinin şimal-şərqində blokadaya alınıb. Bu barədə “İnterfaks” yazır.

“Gecə və bu səhər qrupun əksəriyyəti məhv edilib. Qaçanlar isə müqavimət qüvvələrinin köməyi ilə yerli əhali tərəfindən tutulub”, – o qeyd edib.

Müqavimət ordusunun məlumatına görə, “Taliban” Pəncşir əleyhinə 6 istiqamətdən 20 mindən çox silahlı səfərbər edib.

Qeyd edək ki, “Taliban” Pəncşir əyalətinin demək olar ki, bütün ərazisi nəzarətinə keçirdiyini bəyan edir. Bu barədə hərəkatın Qətər siyasi ofisinin nümayəndəsi Məhəmməd Sohail Şahin məlumat verib.

virtualaz.org


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki