image-__________________laquo___________________________________________________________raquo__-___________backend

Ekspert: “Rəsmi Moskva hər şəraitdə Ermənistana təzyiq vasitələri tapa bilər”

image-reklam_sirab_01

“Erməni siyasətçilərinin böyük əksəriyyəti tamamilə Qərb yönümlüdür. Onların konkret addımlar atmasına hələlik güclü Rusiyanın qorxusu mane olur”.

Bunu beynəlxalq münaqişələr üzrə ekspert, Rusiya Jurnalistlər İttifaqının üzvü Yevgeni Mixaylov bildirib.

SOCIES Ekspert Mərkəzinin Ermənistanda keçirdiyi sorğuya görə, respondentlərin 69,7%-i rəsmi İrəvanın Moskva ilə münasibətləri məhdudlaşdırmalı olduğunu hesab edir. Ermənistan ictimaiyyətində NATO blokunun nüfuzu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nüfuzunu üstələyir. Belə ki, respondentlərin 34,1% hesab edir ki, Ermənistan NATO-ya daxil olmalı və məhz bu təşkilat ölkənin təhlükəsizliyini təmin etməlidir. Respondentlərin 29,1%-i isə KTMT-ni özünün təhlükəsizlik “çətiri” sayır. Halbuki, hazırda Ermənistan məhz KTMT-nin üzvüdür.

Y.Mixaylov deyib ki, hazırda Rusiyaya dost kimi qəbul olunan dövlətlərin çoxu Ukraynada aparılan hərbi əməliyyatı diqqətlə izləyir və gözləyir: “Qazaxıstan bəyan edib ki, sanksiyalardan yan keçməkdə rəsmi Moskvaya kömək etməyəcək. Digər Mərkəzi Asiya respublikaları isə Qərbin və Rusiyanın maraqları arasında manevr edərək, hələlik dəqiq mövqe və rəsmi Moskvaya dəstək nümayiş etdirmir. Bu baxımdan rəsmi İrəvan bir qədər də fərqləndi.

Fikir vermisiniz, indi ermənilər Rusiyaya dəstək videoçarxları yayımlayırlar. Bununla Ermənistanın guya əbədi Rusiya ilə birlikdə olacağına işarə edirlər. Amma görünən budur ki, Ermənistan heç də əbədi Rusiyanın yanında olmaq istəmir, belə ki, bununla paralel olaraq, ölkədə rəy sorğuları aparılır və bu sorğuların nəticələri Rusiyanın xeyirinə deyil”.

Onun fikrincə, bu nəticələr millətin bir qisminin ikiüzlülüyündən xəbər verir: “Belə ki, komfort şəraiti qoruyub saxlamağa çalışan bu qisim tarixən özünün təhlükəsizlik qarantı olan bir dövlətə qarşı açıq-aşkar satqınlıq etdiyini görmür”.

Ekspert güman edir ki, əgər Paşinyan mehriban Avropa ailəsinə qoşulmaq üçün Avropa İttifaqı (Aİ) və ABŞ-a siqnallar göndərməkdə davam edərsə, rəsmi Moskva hər şəraitdə Ermənistana təzyiq vasitələri tapa bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image