image-indirbackend

Emoməli Raxmon Talibanı hədələdi

image-reklam_sirab_01

“Tacikistan, bütün Əfqanıstan xalqının, xüsusən də bütün milli azlıqlarının mövqeyi nəzərə alınmadan, bu ölkədə zülm və təqib yolu ilə qurulan heç bir hökuməti tanımayacaq. Taciklərin gələcək Əfqanıstan hökumətində öz layiqli yerlərini tutmalıdırlar”.

Veteninfo.az Tacikistanın dövlət agentliyi “Khovar”-a isitnadən xəbər verir ki.bu fikirləri Taikistan prezidneti Emoməli Raxmon bildirb. Pakistanın xarici işlər naziri Şah Mahmud Kureyşi ilə görüşdə Emoməli Raxmon bildirb ki, ölkəsinin bu günə kimi Taliban hərəkatı ilə heç bir əlaqəsi olmayıb və Tacikistan hakimiyyətinin Talibana qarşı mövqeləri indiyə qədər dəyişməz olaraq qalır.Tacikistan lideri əlavə edib ki, Taliban ölkədəki digər siyasi qüvvələrin geniş iştirakı ilə müvəqqəti keçid hökuməti qurmaqla bağlı əvvəlki vədlərindən imtina edir: “Faktlar açıq şəkildə göstərir ki, Taliban ölkədəki digər siyasi qüvvələrin geniş iştirakı ilə müvəqqəti keçid hökuməti qurmaqla bağlı əvvəlki vədlərindən imtina edir və İslam əmirliyi yaratmağa hazırlaşır”.
Qeyd edək ki, taciklər Əfqanıstan əhalisinin təxminən üçdə birini təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki