image-11backend

Ərdoğan: “Dünyanın taleyini bu bir ovuc qalib ölkə həll etməməlidir”

image-reklam_sirab_01
Türkiyə Prezidenti Rəcəb Ərdoğan İkinci Dünya Müharibəsinin qalib ölkələrinin indi insanlığın taleyini həll etməməli olduğunu söyləyib.
Veteninfo.az xəbər verir ki, bu açıqlama ilə o, Anqolaya səfəri zamanı çıxış edib.

 

“Dəyişiklik tələblərini qulaqardına vurmaq, İkinci Dünya Müharibəsindən sonra yaranmış status-kvonu israrla qorumaq deməkdir”, – deyə Türkiyə lideri bildirib.
Prezident dünyanın BMT Təhlükəsizlik Şurasının üzvü olan “beşdən çox” ölkədən ibarət olmadığını vurğulayıb.
Xatırladaq ki, bundan bir qədər əvvəl terror və təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Coşqun Başbuğ Türkiyənin ən qısa zamanda Suriyanın şimalında əməliyyata başlamalı olduğu fikrini irəli sürüb. O, eyni zamanda Rusiya və ABŞ-ı əlbir olmaqda və Türkiyəyə qarşı “düşmən mövqeyi”ndə günahlandırıb. Onun sözlərinə görə, Rusiya Türkiyəni Suriyadan çıxarmaq məqsədi ilə İdlibdə “böyük oyun” oynayır.
Başbuğ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin toplantısından sonra etdiyi açıqlamada Ankaranın terror hücumlarının mənbəyi olan Suriyadakı bəzi ərazilərə artıq səbir göstərmək niyyətində olmadığını qeyd edib. Ərdoğan polis məmurlarına edilən hücumlardan və Türk torpaqlarını hədəf alan basqınlardan sonra Türkiyənin bu problemlərin həlli üçün ən qısa zamanda lazımi addımları atacağını qeyd edib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki