Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Dohada Qətər Əmiri Şeyx Təmim bin Hamed əl-Sani ilə ikitərəfli görüş keçirib.
Vətəninfo.az “Haberturk”ə istinadən xəbər verir ki, görüş Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 7-ci toplantısı çərçivəsində keçirilib.
Bildirilib ki, liderlərin görüşünün ardınca heyətlərarası dialoq keçiriləcək.
Bundan sonra iki ölkə arasında müqavilələrin imzalanması gözlənilir.