image-e5cb6d3f-b546-3644-9bc0-5eeed5dce29a_850backend

Ərdoğanın sözçüsü Ermənistanla əlaqələrin normallaşmasından danışıb

image-reklam_sirab_01

“Son vaxtlar Türkiyə bir çox ölkə ilə əlaqələrini qarşılıqlı olaraq normallaşdırır”.

Veteninfo.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın yerli mətbuata müsahibəsində deyib.

“Həmin ölkələrlə qarşılıqlı olaraq inamın artırılması istiqamətində addımlar atılıb. Türkiyə ona uzadılan əli geri qaytarmaz. Türkiyə qarşı tərəfdən xoşniyyətli mövqe gördüyü vaxt buna adekvat cavab verməkdən heç vaxt çəkinməyib. Yəni Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Ermənistan və nəhayət, Səudiyyə Ərəbistanı ilə olduğu kimi, Misirlə də əlaqələr bu baxımdan qiymətləndirilməlidir”, – o bildirib.

İ.Kalının fikrincə, hazırda Türkiyə-Misir əlaqələrinin müsbət istiqamətdə inkişafında hər iki tərəf maraqlıdır: “İki ölkə arasında müxtəlif səviyyələrdə təmaslar davam edir. Bu səyləri sürətləndirmək istəyirik. Əslində Rusiya-Qərb müharibəsi olan Ukraynadakı döyüşlərin davam etdiyi vaxtda Türkiyənin belə konstruktiv addımlar atması xarici siyasətimizin uğurudur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki