Ermənistanda mayın 1-də ümummilli mitinq təyin olunub.
Veteninfo.az “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksutyun Partiyası Ali Şurasının üzvü İşxan Saqatelyan bildirib.
O, hər kəsi mayın 1-i yerli vaxtla saat 16.00-da paytaxt İrəvanın “Fransa” meydanına mitinqə çağırıb.
İşğan Saqatelyan sabah keçiriləcək mitinqlə mübarizənin həlledici mərhələsinə start veriləcəyini vurğulayıb.