image-72backend

Ermənistan Ordusunda məcburi peyvəndləmə aparılır

image-reklam_sirab_01

Ermənistan Silahlı Qüvvələrində hərbi qulluqçularının peyvənd edilməsi prosesi həyata keçirilir.

Veteninfo.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, peyvəndləmə səhiyyə və müdafiə nazirləri tərəfindən verilən əmrlərin, təlimatların və metodiki göstərişlərin tələblərinə uyğun həyata keçirilir.

Müdafiə Nazirliyi qəzetə vaksin vurulacaq hərbçilərlə bağlı rəqəmləri təqdim etməkdən yayınıb.

“Artıq koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə çoxlu sayda hərbçi peyvənd olunub”, – deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. Nazirlik məlumatların məxfiliyini nəzərə alaraq, dəqiq say göstərməyib.

“Joğovurd” qəzetinin yazdığına görə, hərbçilər arasında peyvənd göstəricilərinin biabırçı dərəcədə aşağı olması nəzərə alınaraq, onları vaksin vurdurmağa məcbur edirlər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki