Ermənistan ordusunun hərbçisi ölüb.
Veteninfo.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Albert Siroyan (2002-ci il təvəllüdlü) martın 16-ı axşam saatlarında cənub-şərq istiqamətində yerləşən döyüş mövqelərindən birində ölü tapılıb.
Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.