image-78backend

Ermənistan ordusunun polkovniki “Qazprom Armeniya”nın avtomobilini oğurlayıb

image-reklam_sirab_01

Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti barəsində açılan cinayət işinin ibtidai istintaqı baş çatıb.

Veteninfo.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, polkovnik Q.D İkinci Qarabağ müharibəsi zamanı vəzifədən sui-istifadə edərək vətəndaşlardan külli məbləğdə – 8 milyon dram (17 min dollara yaxın) rüşvət alaraq onları ön cəbhəyə göndərməyib, həmin şəxslərin başqa hərbi hissələrdə xidmət etməsinə şərait yaradıb.

Məlumata görə, Q.D-nın 2020-ci ilin oktyabr-noyabr aylarında Zəngəzur vilayətinin Gorus rayonunda xidməti səlahiyyətindən istifadə edərək “Qazprom Armeniya”ya məxsus 3 milyon 680 min dram (8 min dollar) dəyərində “UAZ” markalı avtomobili oğurlaması təsdiqlənib.

Qeyd edək ki, bu cinayət işi üzrə ümumilikdə 22 nəfər ittiham olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki