image-ermeni-deputat-veteninfobackend

Ermənistan parlamentində çaxnaşma-DEPUTAT ZALDAN QOVULDU

image-reklam_sirab_01

 Vetenimnfo.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan “Şərəfim var” blokundan olan deputat Anna Mkrtçyanın parlamentin bu gün keçirilən  iclasında iştirakını qadağan edib.Məlumata görə, bir neçə gün öncə də Mkrtçyan çıxışında baş nazir Nikol Paşinyana “kapitulyator” ad verdiyinə görə spikerdən xəbərdarlıq almışdı. Mkrtçyan, bu dəfə “Mülki Müqavilə”dən olan millət vəkili Eduard Ağacanyanın xarici əlaqələr daimi komissiyasının rəhbəri vəzifəsinə irəli sürülməsindən danışarkən hakimiyyəti sərt şəkildə tənqid edib və bildirb ki, ” bütün bunlarda kapitulyatorunuz Nikol günahkardır “.Deputatın yenidən Paşinyanı hədəf almasın görən spiker deputatın mikrafonunu söndürməyi tələb edib. Amma deputat çıxışını bitrdiyindən yerinə keçmək istəyib. Simonyan  millət vəkilinin bu hərəkətini cavabsız qoymayaraq “Günün sonuna qədər iclasda iştirak etməyinizi qadağan edirəm. Zalı tərk edin, əks halda təhlükəsizlik işçiləri sizi çıxaracaqlar” deyərək deputatı cəzalandırıb.”Şərəfim var” fraksiyasının nümayəndələri spikerin hərəkətlərinin qanunsuz olduğunu iddia etsələr də, Simonyan “Bu mənim qərarımdır” deyib. Simonyan, müxalifət qrupları içərisində parçalanma və “daxili qaydalara tabe olmayan davakarların” olduğu təəssüratına sahib olduğunu söyləyi və o, qruplaşmaların “davaçıları” cilovlamadığı təqdirdə ən sərt tədbirləri tətbiq edəcəyi ilə hədələyib. Spiker tərəfdarlarına da müraciət edərək reaksiya verməməyə çağırıb. Ermənistan parlamentində bir deputatın zaldan çıxarılması, hətta daha çox sessiyada iştirakına qadağa qoyulması nadir hallarda olur.  Qeyd edək ki, 2021 -ci il seçkilərindən sonra parlamentdə yeni bir müxalifət yaranıb. 8 -ci çağırış Milli Məclisin üzvülərinin sayı 107 deputatdan ibarətdir. Hakim Vətəndaş Müqaviləsi partiyası 71 millət vəkili ilə təmsil olunur, seçkilərdə ikinci yeri tutan Hayastan (Ermənistan) müxalifət bloku 29 mandata sahibdi. Üçüncü yerdə 7 mandatla “Şərəfim var” bloku gəlir.

 

Veteninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki