Ermənistanın keçmiş polis rəisinə (daxili işlər naziri) Cinayət Məcəlləsinin 6 maddəsi üzrə ittiham irəli sürülüb.
Vətəninfo.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsinin məlumatında bildirilib.
Bildirilib ki, keçmiş rəis 2,11 milyard dramdan (4,3 milyon ABŞ dolları) artıq məbləğdə əmlakını leqallaşdırmamaqda və korrupsiya xarakterli başqa fəaliyyətdə də ittiham olunur.
Mələsə ilə bağlı yayılan press-relizə əsasən, Onik Qasparyan 2000-2008-ci illərdə müxtəlif vəzifələrdə olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verib. O, dövlətin külli miqdarda maliyyə vəsaitini israf, xidməti vəzifəsinin icrası zamanı saxtakarlıq edib, cinayət xarakterli müxtəlif əməllər törədib.