image-38backend

Ermənistanda daha 27 nəfər COVID-19-dan ölüb

image-reklam_sirab_01

Ermənistanda son sutkada daha 240 nəfərdə COVID-19 aşkarlanıb.

Vətəninfo.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 341 058-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 27 nəfər artaraq 7 718-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 457 nəfərdir. İndiyədək 322 406 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 477 aktiv koronavirus xəstəsi var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki