image-cvcvcvbackend

Ermənistanda müxalifət prezidentliyə namizəd tapa bilmir

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ermənistanda prezident  Armen Sarkisyanın istefasından sonra,ölkədəki siyasi qüvvələr yeni prezidentliyə namizəd axtarışalrın davam etdirirlər.  Hakim siyasi qüvvənin prezidnetliyə namizədlə bağlı sıxıntısı görünməsə də,parlamentdə təmsil olunan siyasi qüvvələr kimin namizədliyini irəli sürmək prosesində ciddi fikir ayrılığındadırlar.

Ermənistan parlamenteində təmsil oluşnan “Ermənistan” və “Mənim namusum var” fraksiyaları hazırda prezidentliyə namizədin irəli sürülməsi və ya irəli sürülməməsi ilə bağlı müzakirələri davam etdirir.

“Ermənistan” fraksiyasından olan deputat Manukyan erməni mediasına açıqlamasında bildirb ki,“Mənim namusum var” fraksiyası ilə bu məsələ ilə bağlı hələlik rəsmi müzakirələr olmadığın bildirib. ,”Mənim namusum var” fraksiyasının katibi Hayk Mamicanyan isə bildirib ki, fraksiyada prezidentliyə vahid namizəd irəli sürmək üçün kifayət qədər deputat yoxdur, lakin hazırda onlar “Ermənistan” fraksiyası ilə məsləhətləşmələr aparırlar.

Nəticələr barədə mütləq məlumat verəcəyik”, – deyə Mamicanyan bildirib.

“Mülki müqavilə” fraksiyası isə prezident postuna Vaaqn Xaçaturyanın namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Armen Sarkisyanınnın istefasından sonra, onun səlahiyyətlərini Alen Simonyan öz üzərinə götürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image