image-367714_res_01backend

Ermənistanda növbədənkənar seçki: Köçəryanın blokunun qərargahında axtarışlar gedir

image-reklam_sirab_01

Keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokunun Sisyan şəhərindəki mərkəzi qərargahında və qərargah rəhbərlərinin evlərində axtarışlar aparılır.

Veteninfo.az xəbər verir ki, bu barədə “Novosti Armeniya”ya Sisyan şəhərinin meri Artur Sarkisyan məlumat verib.

09:31

Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Veteninfo.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Ermənistanda erkən parlament seçkilərində rekord sayda – 25 siyasi qüvvə (4 blok və 21 partiya) iştirak edir. 2008 seçki məntəqəsindən 479-u Yerevanda, 1529-u isə bölgələrdə yerləşir.

2583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər – onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər proporsional sistemlə keçirilir.

Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, ikinci prezident Robert Köçəryan hesab olunur. Köçəryan seçkiyə “Ermənistan” blokunun lideri kimi qatılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki