Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına 289 yoluxma halı qeydə alınıb. Yoluxanların ümumi sayı 346 513-ə çatıb.
Veteninfo.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 4 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8010 nəfərə çatıb.