image-0ea03944-026f-3503-90fe-b755979c07b5_850backend

Ermənistanda şəkər qıtlığı yaranıb

image-reklam_sirab_01

“Ermənistanda şəkər bazarında xaos hökm sürür”.

Veteninfo.az xəbər verir ki, bu, “Joxovurd” qəzetinin məqaləsində bildirilib.

“Qənd və şəkər tozunun qiymətinin bahalaşması bir yana, elə mağazalar var ki, orada bu ərzaqdan yoxdur. Son günlər qəzetə vətəndaşlar zəng edir, kisə ilə qənd ala bilmədiklərini bildirirlər. Yeri gəlmişkən, rayon və qəsəbələrdə sakinlər bir kiloqram qənd ala bilmirlər. Çünki dükanlarda qənd və şəkər tozu yoxdur”, – qəzet yazıb.

“Joxovurd”un yazdığına görə, supermarketlərdə 2-3 kq qəndi vətəndaşlara 360 drama (1,24 manat) satmayıblar. Bildirilib ki, hazırda şəkərin bir kiloqramının qiyməti 420-450 dramadək (1,45 – 1,55 manat) bahalaşıb.

Qəzet qeyd edib ki, Ermənistanın İqtisadiyyat Nazirliyi və onun uyğun qurumları məsələ ilə maraqlanmır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki