image-armenia_soldier_291020backend

Ermənistanda təlim zamanı bir hərbçi ölüb, digəri yaralanıb

image-reklam_sirab_01

Ermənistanın cənub-qərbində təlimlər zamanı bir hərbçi həlak olub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Müdafiə nazirliyi bildirib.

Nazirliyin açıqlamasına görə, hərbçi döyüş xidməti qaydalarının pozulması nəticəsində həyatını itirib. Daha bir nəfərin yaralandığı deyilir.

Yerli KİV-lərin məlumatına əsasən, bu hadisəni törətməkdə şübhəli bilinən şəxs aşkar edilib.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki