image-8backend

Ermənistanda tütün istehsalı azalıb

image-reklam_sirab_01

Ermənistanın tütün bazarında kəskin azalma qeydə alınıb.

Veteninfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qəzetin yazdığına görə, bu ilin ilk 8 ayında tütün məhsulları istehsalı 15,8 faiz azalıb.

Bildirilib ki, bu ilin yanvar-avqust aylarında 14,6 milyard siqaret istehsal olunub, ötən hesabat dövründə bu rəqəm 17,4 milyard olub. Tənbəki ixracatının həcminin aşağı düşməsi ilə yanaşı vergi ödənişləri də azalıb.

Məlumata görə, Ermənistan iqtisadiyyatındakı böyük həcmdə maliyyə itkisini COVID-19 pandemiyası ilə əlaqələndirirlər. Mütəxəssislər bildirib ki, pandemiyayadək tənbəki ixracatının həcmi artmışdı, ancaq ötən il bu istiqamətdə də azalma müşahidə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki