image-361306_res_01backend

Ermənistanda yoluxma sayı 212 mini ötdü

image-reklam_sirab_01

Ermənistanda son sutka ərzində daha 715 nəfər koronavirus infeksiyasına yoluxub.

Veteninfo.az xəbər verir  ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 212 114 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə həm də 15 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin ümumi sayı 3984-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 995 nəfərdir.

Hazırda Ermənistanda 14 854 nəfər aktiv koronavirus xəstəsi var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki