image-irevanbackend

Ermənistanda yoxsulluq həddi 50 faizə yaxınlaşır

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, Dünya Bankının açıqladığı rəsmi məlumata görə, təkcə ötən il Ermənistanda yoxsulluq 7% artaraq 34%olub.

Məlumata görə,bu Ermənistan hökuməti tərəfindən təqdim olunan rəsmi sənədlərə uyğun olaraq müəyyən edilib. Amma müstəqil iqtisatçılar isə hesab edirlər ki, Ermənistanda yoxdulluq həddi 40 faizi keçib və bu ilin sonuna kimi 50%-za yaxınlaşacaq.Bu da  1 milyomn insanın  yoxsullaşması deməkdir.Rəsmi məlumatlara görə isə hazırda Ermənistanda 500 yüz min yoxsul insan mövcududr.

Ermənistan rəhbərliyi iddia edir ki, yoxsulluğun artmasına baxmayaraq,hökumət tərəfindən yoxsul insanları əhatə edən ödənişlərin sayı isə 10 min azalıb.

Maraqlıdır yoxsulluq artır, amma yoxsulluqdan əziyyət çəkənlərin sayı azalır, yəni hökumət son çörəyin pulunu kəsir? İndi Ermənistasn hökumət nə qədər fantastik müsbət şeylər desə də, insanlar aclıq hiss edir. BMT-nin son hesabatına görə, təkcə may ayında Ermənistanda qida çatışmazlığından əziyyət çəkənlərin sayı 70 min nəfər artıb, Ermənistanda isə yarım milyon insan pis qidalanır.

Iqtisadi təhlilçilər hesab edirlər ki, Ermənistan hökuməti  müdafiə xərclərinə yönələn milyonlarla dramı,  ölkənin iqtisadi inkişafına yönətmiş olsaydı, ölkədə əhalinin yaşayış imkanları dəyişə bilərdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image