image-360858_res_01-1backend

Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürüldü

image-reklam_sirab_01

Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb.

Veteninfo.az  “Sputnik Armeniya”ya istinadən bildirir verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Səfir keçmiş mədəniyyət və gənclər naziri ilə əlbir olaraq, sui-istifadə, habelə çirkli pulların yuyulması cinayətlərində günahlandırılır.

Məlumata görə, səfir vəzifə səlahiyyətləirindən sui-istifadə edərək Ermənistanın keçmiş mədəniyyət və gənclərin işi üzrə naziri Asmik Poqosyanla cinayət əlaqəsinə girməkdə və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqın gedişində müəyyən edilib ki, A.Smbatyan Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin sədridir. O, cəmiyyətin sədr müavini olan keçmiş nazir A.Poqosyanın Yerevanda tarixi-mədəni əhəmiyyətli binanın yerləşdiyi ərazidə cəmiyyət üçün torpaq əldə etməsinə köməklik göstərib.

Bina və ərazi formal sövdələşmə nəticəsində 550 min ABŞ dollarına Böyük Britaniyanın Virciniya adalarında keçmiş nazirin gəlininin adına qeydiyyata alınan afşor şirkətə satılıb.

Toplanmış sübutlar əsasında Smbatyana xidməti səlahiyyətlərdən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham irəli sürülüb. Qətimkan tədbiri kimi 20 milyon dram (təxminən 40 min dollar) girov seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki