image-61e678d78ce5661e678d78ce57164249416761e678d78ce5361e678d78ce55backend

Ermənistanın verdiyi mina xəritələrində yalnız keçmiş təmas xəttindəki sahələr var

image-reklam_sirab_01

“Ermənistan tərəfindən təqdim olunmuş mina xəritələri özündə yalnız keçmiş təmas xəttinə aid olan əraziləri, müdafiə üçün quraşdırılmış mina sahələrini əks etdirir”.

Veteninfo.az xəbər verir ki, bunu işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

S. Poladov bildirib ki, keçmiş təmas xəttindən kənarda quraşdırılmış minaların xəritələri yoxdur, təmas xəttindən kənarda quraşdırılmış minalar Ermənistanın təqdim etdiyi mina xəritələrində əksini tapmayıb: “Mina problemi, sıx minalanma məhz keçmiş təmas xəttində olub. Şuşa və Ağdam şəhərləri də o keçmiş təmas xəttindən çox uzaq məsafədə yerləşir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image