image-19backend

Göyçə gölündə suyun səviyyəsi 9 sm aşağı düşüb

image-reklam_sirab_01

Ermənistan ərazisindəki Göyçə (Sevan) gölünün səviyyəsi normadan 9 sm aşağı düşüb.

Veteninfo.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Elmlər Akademiyası yanında Göyçə gölü məsələləri üzrə komissiyanın sədri Yuri Cavadyan bildirib.

Məlumata görə, Ermənistan Hirdometeorologiya və Monitorinq Mərkəzi Göyçə gölündə suyun səviyyəsinin dəyişməsi ilə bağlı qrafiki dərc edib. Moitorinqə əsasən, 2020-ci illə müqayisədə suyun səviyyəsi 9 sm aşağı düşüb.

Bildirilib ki, təkcə bu il noyabrın 15-20-də suyun səviyyəsi 2 sm azalıb.

Məlumata görə, suyun səviyyəsinin düşməsi bir sıra amillərlə bağlıdır. Çünki Göyçə gölünə 28 çay axır. Havaların isti keçməsi ilə əlaqədar 100 milyon kubmetr buxarlanma nəticəsində çaylarda suyun həcmi 90 milyon kubmetr azalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki