image-gurcustanbackend

“Gürcü Arzusu” baş nazirin istefası ilə bağlı yayılan məlumata münasibət bildirdi

image-reklam_sirab_01

“İrakli Qaribaşvilinin istefaya getməsi üçün əsası yoxdur”. Bunu Gürcüstan parlamentinin sədr müavini, hakim “Gürcü Arzusu” partiyasının liderlərindən biri Gia Volski jurnalistlərə açıqlamasında deyib. Vitse-spiker bildirib ki, İ.Qaribaşvili effektiv hökumət başçısıdır: “O, Gürcüstan üçün ən çətin dövrdə ölkədə sülhü təmin etdi. İ.Qaribaşvili vəzifəsindən getmək istəsə, biz onu buraxmamalıyıq”.

Hakim partiyanın digər üzvü, deputat Anri Oxanaşvili də baş nazirin istefa verəcəyi barədə yayılan məlumatlara münasibət bildirib: “İrakli Karseladzenin baş nazirliyi və ya İrakli Qaribaşvilinin baş nazir vəzifəsindən uzaqlaşdırılması üçün faktiki olaraq zəmin yoxdur”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki