image-37backend

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri nazir təyin oluna bilər

image-reklam_sirab_01

Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri təyin oluna bilər.

Vətəninfo.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Nazir müavini Tamar Qabuniya bildirib ki, vitse-spikerin nazir postuna təyinatı ilə bağlı məsləhətləşmələr aparılır.

Məsələni şərh edən A.Talakvadze deyib ki, səhiyyə nazirinin təyinatı barədə qərarı baş nazir qəbul edəcək və hadisələri qabaqlamaq lazım deyil.

Xatırladaq ki, səhiyyə naziri Ekaterine Tikaradze dekabrın 9-da istefa verib. O, nazir vəzifəsini bu ilin sonuna qədər yerinə yetirəcək.

Qeyd edək ki, A.Talakvadze Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image