image-17backend

Gürcüstan COVID-19-a qarşı 2 500 doza dərman alıb

image-reklam_sirab_01

Gürcüstan koronavirus infeksiyası əleyhinə əlavə doza dərman vasitələri alıb.

Veteninfo.az xəbər verir ki, “Hetero Biopharma Limited” şirkətinin istehsalı olan 2 min doza “Tocilizumab” və “Roche” şirkətinin 500 doza “Ronapriv” monoklonal anticisim preparatları artıq ölkəyə çatdırılıb.

Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib ki, dərmanlar Dünya Bankının layihəsi çərçivəsində tədarük olunub.

COVID-19 xəstələrinin müalicəsində fəal istifadə edilən medikamentlər tibb müəssisələrinə mərhələli şəkildə paylanılacaq.

Qeyd edək ki, qonşu ölkə “Roche” şirkətinin preparatlarını ilk dəfə Almaniya hökumətindən ianə olaraq əldə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki