image-f6101cff-4b8a-37a4-8ad6-8f21d9e9d456_850backend

Gürcüstan DTX: “Azərbaycanla regional təhlükəsizliklə bağlı fəal əməkdaşlıq həyata keçirilib”

image-reklam_sirab_01

2021-ci ildə regionda yaranmış durum və təhdidlər nəzərə alınaraq, Gürcüstan ərazisində vəziyyətin monitorinqi davamlı olaraq həyata keçirilib.

Veteninfo.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) parlamentə təqdim etdiyi 2021-ci il üzrə hesabatında bildirilib.

Qeyd edilib ki, bu istiqamətdə strateji tərəfdaşlarla fəal əməkdaşlıq olub: “Onlarla ünsiyyətdə təhlükəsizlik məsələləri ilə üzrə qəbul edilən bütün qərarlar bölgədə gedən proseslərlə bağlı təhdid və risklərin qiymətləndirilməsi və təhlilinə əsaslanıb”.

Hesabatda 2021-ci il təhlükəsizlik baxımından mürəkkəb, qeyri-sabit proseslər və kəskin şəkildə artan təhdidlərlə dolu il kimi qiymətləndirilib.

Bildirilib ki, ötən il Rusiya qonşu ölkələrə münasibətdə özünün ekspansionist siyasətini həyata keçirmək üçün səylərini əhəmiyyətli dərəcədə aktivləşdirib.

Sənəddə həmçinin vurğulanıb ki, hesabat ilində Azərbaycan və Ermənistan arasında vaxtaşırı silahlı toqquşmalar Gürcüstan və regionun təhlükəsizliyi üçün problem olaraq qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki