Gürcüstan NATO-nun güclü potensiala malik tərəfdaşıdır və onun nümayəndələri alyansın Madriddə keçiriləcək sammitinə dəvət olunacaqlar.
Veteninfo.az xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coane bildirib.
“Biz uzun illərdir onlarla işləyirik və bildiyimə görə, Madriddə keçiriləcək NATO sammitinə Gürcüstan rəhbərliyi dəvət olunacaq. Açıq qapı siyasəti NATO üçün mühüm olaraq qalır. Deyə bilərəm ki, Qara dəniz regionunda Gürcüstan çox vacib tərəfdaşdır”, – deyə o bildirib.