image-44backend

Gürcüstan parlamentinə sədr seçilib

image-reklam_sirab_01

Şalva Papuaşvili X çağırış Gürcüstan parlamentinin sədri seçilib.

Vətəninfo.az xəbər verir ki, qanunverici orqanın növbədənkənar iclasında 88 deputat onun namizədliyini dəstəkləyib, 1-i əleyhinə səs verib.

Ş.Papuaşvili hazırkı çağırış parlamentinin sayca üçüncü spikeri olub.

O, 2020-ci ilin oktyabrında parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının siyahısı üzrə deputat seçilib. 45 yaşlı siyasətçi bu ilin martından Təhsil və elm komitəsinə rəhbərlik edib.

Xatırladaq ki, sabiq sədr Kaxa Kuçava dekabrın 24-də vəzifəsini tərk edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki