Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-a işgüzar səfər edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından bildirilib.
S.Zurabişvili Vaşinqtonda ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın dəfn mərasimində iştirak edəcək.
Qeyd edək ki, M.Olbrayt martın 23-də 84 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.