image-irakli-qaribasvilibackend

Gürcüstan Ukraynanı böhtan atmaqda günahlandırıb

image-reklam_sirab_01

“Gürcüstan sanksiyalara məruz qalmış hər hansı bir yükün daşınmasına heç vaxt icazə verməyəcək”.

Veteninfo.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O, Ukrayna tərəfinin ittihamlarını absurd adlandırıb.

İ.Qaribaşvili bildirib ki, Ukraynadan belə böhtan xarakterli ittihamlar eşitmək çox təəssüf doğurur: “Aydındır ki, bu, siyasi motivli bəyanat idi, heç bir sübut, heç bir fakt təqdim edilmədi və təbii ki, bu böyük təəssüf doğurur. Mən Ukrayna və ukraynalılara dağıdıcı müharibənin tezliklə bitməsini arzulayıram. Bu müharibə yalnız Ukrayna üçün deyil, həmçinin bizim, bütün region, Avropa və dünya üçün də böyük çağırışdır”.

Qeyd edək ki, Ukrayna baş nazirinin müavini İrina Vereşuk bu yaxınlarda Gürcüstanın Rusiyaya hərbi texnika və ehtiyat hissələrinin qaçaqmalçılığı üçün öz ərazisini təqdim etdiyini deyib. Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən isə bildirilib ki, Rusiya sanskiyaya məruz qalan məhsulların qaçaqmalçılığı üçün Gürcüstan ərazisi vasitəsilə kanallar yaradır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image