image-360077_res_01backend

Gürcüstan xarici kəşfiyyat xidmətinin rəhbəri Qarabağ məsələsinə görə parlamentə çağırıldı

image-reklam_sirab_01

Bu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq. Müzakirələr “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq. Bu barədə gürcü KİV-ləri bildirir.

Komitənin iclasında deputatlar qarşısında məruzəçi qismində Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Şalva Lomidze çıxış edəcək. Toplantının qapalı formatda keçiriləcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki