Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin və dünyanın müsəlman icmalarını müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib.
Veteninfo.az-ın yerli bürosu xəbər verir ki, təbrik sözləri XİN-in tviter hesabında yerləşdirilib.
“Qoy bu xüsusi dövr sizə və ailələrinizə xoşbəxtlik, əmin-amanlıq və tərəqqi gətirsin. Ramazan ayınız mübarək”, – təbrikdə deyilir.