image-tiflis-veteninfobackend

Gürcüstana 280 milyon dollarlıq yardım-BVF TƏSDİQLƏDİ

image-reklam_sirab_01

Beynəlxalq Valyuta Fondu (BVF) Gürcüstana 280 milyon dollarlıq iqtisadi yardım proqramını təsdiqləyib. Armenpress xəbər verir ki, bu barədə iyunun 16-da Gürcüstan Maliyyə Nazirliyinin Facebook səhifəsində məlumat verilib.

 

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Gürcüstan üçün 280 milyon dollarlıq yeni proqramı təsdiqləyib. “Bu, lazım gələrsə mənimsəniləcək və iqtisadiyyatımız üçün sığorta mexanizmi olan bufer pulu deyilən maliyyə vasitəsidir”, – deyə məlumatda qeyd olunub.

Vətəninfo.az xəbər verir ki, agentlik əlavə edib ki, proqramın məqsədi fiskal buferin bərpası, inflyasiyanın azaldılması və xarici təhlükələrə qarşı həssaslığın azaldılması, maliyyə sektorunun sabitliyinin qorunması, eləcə də daha sürətli və inklüziv iqtisadi artımın təmin edilməsidir. Yeni proqram üç il üçün nəzərdə tutulub. Bu ilin aprelində BVF ilə razılaşdırılıb.

 

Məlumata görə, yeni proqram Gürcüstanın dövlət müəssisələrinin idarə edilməsi, əmək bazarının inkişafı, məşğulluq və təhsil sahələrində tətbiq etdiyi bütün struktur islahatlarını əks etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image